Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb
sizinxeber.az xəbər saytı

Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb


Bu gün Bakıda Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı öz işinə başlayıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, iki gün davam edəcək tədbirdə Bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək, həmçinin Bankın gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində "Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi" mövzusunda Biznes Forumu da keçiriləcək. Forumda Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, QDTİB-nin ölkədə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar müzakirə ediləcək. Tədbir çərçivəsində plenar sessiyalar, təqdimatlar və B2B görüşlər də təşkil olunacaq.

Oxşar xəbərlər

Bu il QDTİB-nin illik toplantısı Bakıda keçiriləcək
QDTİB-nin Rəhbərlər Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib
Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər