Azərbaycan və Malayziya ali audit sahəsində əməkdaşlığı müzakirə edirlər
Azərbaycan və Malayziya arasında Ali Audit Orqanları Asiya Təşkilatı (ASOSAI) və Beynəlxalq Ali Audit Qurumları Təşkilatı (INTOSAI) çərçivəsində əməkdaşlıq imkanları mövcuddur.
Bunu “Sizinxeber.az”a açıqlamasında Malayziyanın Milli Audit Departamentinin baş auditoru Van Mohd Radzi bildirib.
Onun sözlərinə görə, bu gün Bakıda keçirilən Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinin 62-ci toplantısı olduqca məhsuldar keçir: “Bütün işçi qrupların fəaliyyətində irəliləyiş müşahidə olunub. Malayziya olaraq ASOSAI-də yeni yaradılmış işçi qrupunun hesabatını təqdim etdik. Hesabat müsbət qarşılandı. Ən önəmlisi odur ki, ASOSAI konkret nəticələrə əsaslanan fəaliyyəti ilə seçilir. Əminik ki, burada müzakirə olunan məsələlər ölkələrimizdə real fəaliyyət planlarına və proqramlara çevriləcək”.
Malayziya rəsmisi həmçinin ASOSAI-nin strateji planın fokuslandığı məsələyə münasibət bildirib: “Rəqəmsallaşma və informasiya texnologiyalarının tətbiqi bizim üçün prioritet istiqamətlərdəndir, bu proses artıq ölkəmizdə uğurla həyata keçirilir. Ümumilikdə Asiyanın idarəetmə sahəsində liderə çevrilməsini görmək istəyirik. Biz bunu artıq öz ölkəmizdə tətbiq etmişik”.
Hesablama Palatasının ev sahibliyi ilə keçirilən 62-ci toplantıya ASOSAI İdarə Heyəti və Audit Komitəsinin üzvləri, eləcə də Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) sədrliyi və katibliyinin nümayəndələri, INTOSAI İnkişaf Təşəbbüsünün təmsilçiləri daxil olmaqla 100-dən çox iştirakçı qatılıb.
Oxşar xəbərlər
Bakıda ASOSAI və ARABOSAI yüksək səviyyəli toplantıları keçirilir - FOTO
Azərbaycan ASOSAI-nin İdarə Heyətinin iclasına ev sahibliyi etmək istəyir
Azərbaycan və Cənubi Koreya ali audit sahəsində əməkdaşlığı genişləndirir
Hesablama Palatası ASOSAI-nin İdarə Heyətinə 2024-2027-ci illər üzrə üzv seçilib
Ali audit sahəsində rəqəmsal Dayanıqlı İnkişaf Məqsədləri paneli hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













