Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 7 mln. manata yaxınlaşıb
Cari ilin fevral ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil edib.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15.8% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18.1%, kredit kartları üzrə 0.3% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artıb.
Bildirilib ki, 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 mln. manatı POS-terminallar, 3.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68.5%-ni təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Ötən il Azərbaycanda elektron ticarətin həcmi 27 mlrd. manatdan çox artıb
Azərbaycanda ödəniş kartlarının sayı 18.3 mln. ədədi ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












