Qazaxıstan Prezidenti Slovakiya şirkətlərini Orta Dəhlizə qoşulmağa dəvət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Slovakiyanın Baş naziri Robert Fitso ilə danışıqlar zamanı tərəflərin bir sıra konkret razılaşmalara nail olduqlarını bildirib.
“Report”un Qazaxıstan bürosunun məlumatına görə, K.Tokayev bunu Astanada R.Fitso ilə danışıqların yekunlarına dair brifinqdə bildirib.
Qazaxıstan Prezidentinin sözlərinə görə, iki ölkə arasında, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün əhəmiyyətli potensial var.
"Bundan əlavə, danışıqlar zamanı biz strateji əhəmiyyətli ticarət marşrutlarından biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) potensialından birgə istifadə imkanlarını müzakirə etdik. Mən slovakiyalı tərəfdaşları bu layihədə iştirak etməyə dəvət etdim", - o vurğulayıb.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirir.
Oxşar xəbərlər
Tokayev və Kobaxidze Qazaxıstan-Gürcüstan əməkdaşlığının inkişafını müzakirə ediblər
Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
Qazaxıstan və Monqolustan Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













