Qazaxıstan və Monqolustan Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
Qazaxıstan beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün qonşu ölkələrlə nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini vacib hesab edir.
"Report" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Kasım-Jomart Tokayev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə birgə keçirdiyi brifinqdə deyib.
K.Tokayev bildirib ki, monqolustanlı həmkarı ilə danışıqlardan sonra iqtisadi-ticarət və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsinə dair razılaşmalar əldə olunub.
“Ümumiyyətlə, danışıqların çox uğurlu keçdiyini söyləmək üçün hər cür əsas var. Biz iqtisadi əlaqələri intensivləşdirməklə bağlı razılığa gəldik. Qazaxıstan və Monqolustan Asiyanın ən böyük ölkələrindəndir və buna görə də qarşılıqlı ticarət müvafiq miqyasda olmalıdır. Ötən il ticarət dövriyyəsinin həcmi 150 milyon ABŞ dollarına çatıb. Yaxın gələcəkdə bu rəqəmin 500 milyon ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu gün biz Ticarət və iqtisadi əməkdaşlığın inkişafına dair Yol Xəritəsi imzaladıq”, - o qeyd edib.
Qazaxıstan liderinin sözlərinə görə, danışıqlar zamanı nəqliyyat və logistika məsələlərinə toxunulub.
“Ən mühüm vəzifələrdən biri beynəlxalq dəhlizlərin rəqabət qabiliyyətinin artırılmasıdır. Bunun üçün dövlətlərimiz arasında və üçüncü ölkələrlə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq lazımdır. Bu, dövlətlərimizin ərazisindən yükdaşımaların həcmini artırmağa kömək edəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindən səmərəli istifadə etmək vacibdir”, - o hesab edir.
Oxşar xəbərlər
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır”
Tokayev: Bakı ilə İrəvan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq
Qazaxıstan Prezidenti: "Mərkəzi Asiyada ticarət-nəqliyyat əməkdaşlığını genişləndirməyə tərəfdarıq"
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












