Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər
Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bir hissəsi ola bilər.
“Sizinxeber.az”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, bununla bağlı razılaşma Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında bu gün Astanada aparılan danışıqlar nəticəsində əldə edilib.
"Danışıqların yekunu üzrə nəqliyyat və logistika sahəsində əməkdaşlığın aktuallığı da qeyd edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının artıq ən mühüm strateji ticarət marşrutlarından birinə çevrilmiş Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulması məsələsi üzərində işləməyi razılaşdırıblar", - məlumatda qeyd olunub.
Kasım-Jomart Tokayev hesab edir ki, bu istiqamətdə fəaliyyətin aktivləşdirilməsi üçün iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının mexanizmlərindən səmərəli istifadə etmək lazımdır.
"O, komissiya çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Rumen Radev: “Orta Dəhlizin inkişafı üçün Qazaxıstan və Bolqarıstanın coğrafi mövqeyindən maksimum istifadə etmək lazımdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumen Radev: "Sofiya və Astana Orta Dəhlizi gücləndirməyə kömək edəcək bir sıra sənədlər imzalayacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan və Monqolustan Orta Dəhliz və “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













