Araz çayının ehtiyatlarından birgə istifadə üzrə protokol imzalanıb
Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.
Bu barədə "Report" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, sənəd Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının Bakıda keçirilən 54-cü görüşündə imzalanıb.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, ADSEA-nın nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
“Araz-2025” birgə təliminin açılış mərasimi keçirilib
Araz çayı üzərindəki avtomobil körpüsünün tikintisi yaxın vaxtlarda tamamlanacaq
İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
