Qazaxıstanlı nazir: "Orta Dəhlizin inkişafına xüsusi diqqət yetiririk”
Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBNM, Orta Dəhliz) inkişafına xüsusi diqqət yetirir.
“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev Astanada keçirilən "Qazaxıstan – İtaliya" biznes forumunda bildirib.
"Dənizə çıxışı olmayan ölkə kimi Qazaxıstan daim alternativ logistik marşrutlar axtarışındadır. Bu baxımdan, logistik zəncirlərin yenidən qurulması fonunda Şimal dəhlizinə alternativ olaraq getdikcə daha vacib və xüsusi rol qazanan Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilir", - nazir qeyd edib.
Onun sözlərinə görə, 2024-cü ildə Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb, konteyner daşımaları isə 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib: “Bunlar, mühüm artım göstəricisidir”.
A.Şakkaliyev həmçinin deyib ki, Qazaxıstan İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır: "İtaliya maşınqayırma, sənaye dizaynı və enerji texnologiyaları kimi sahələrdə tanınmış dünya lideridir, Qazaxıstanın iri layihələrində iştirak edə bilər".
Oxşar xəbərlər
Orta Dəhlizlə yük daşımalarının həcmi 63 % artıb
Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb
Orta Dəhlizlə yükdaşımalar 65 % artıb
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












