Zahid Oruc: “Tikintidəki problemlərin həlli üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var”
sizinxeber.az xəbər saytı

Zahid Oruc: “Tikintidəki problemlərin həlli üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var”


Azərbaycanda tikinti sektorunda yaranan problemlərin məhkəmə sisteminə yönəlmədən həll olunması üçün vahid qiymətləndirmə meyarlarına ehtiyac var.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 90-dan çox şirkət və qurum var ki, vətəndaşlar onların mənzil və torpaq sahələrinin dəyərinin müxtəlif meyarlarla ödənildiyini bildirirlər: “Amma ortaq bir qiymət tarifi yoxdur. Bu isə narazılıqlara səbəb olur. Bəzən isə özəlləşdirilməmiş və ya icazəsiz tikilmiş konstruksiyalar üçün vətəndaşlar yüksək kompensasiya tələb edirlər”.

O qeyd edib ki, Azərbaycanda 208 milyon kvadratmetrdən çox mənzil fondu mövcuddur ki, onun da böyük hissəsi özəl sektora məxsusdur: “Bakıda yenilənməli olan ərazilərin sayı çoxdur və bu, digər sahələrə də təsir göstərir. Tikinti sektoru təkcə 150 minə yaxın insanı işlə təmin etmir, həm də mebel, xidmət, rəqəmsal texnologiyalar kimi sahələri hərəkətə gətirir”.

O, əlavə edib ki, mənzil məsələsi sosial əhəmiyyətinə görə müqəddəs sayılır və xüsusilə gənc ailələr üçün əlçatan olmalıdır: “Azərbaycanda hələ də evsiz gənclərə ailə qurmaqda sosial çətinliklər yaranır. Halbuki Avropada, məsələn Almaniyada, əhalinin 60-70 %-i kirayədə yaşamaqla da həyatını rahat qura bilir. Bizdə isə evsizlik ciddi sosial baryerdir. Buna görə də mənzillərin qiymətləri tənzimlənməli, əlçatanlıq artırılmalıdır”.

Z. Oruc vurğulayıb ki, mənzil qiymətlərinə təsir edən amillərdən biri kimi bank kreditlərinin faiz dərəcəsidir: “Kredit resurslarının dəyəri, onların faiz göstəriciləri birbaşa olaraq mənzil bazarına təsir edir. Bu da qiymətlərin artımında mühüm rol oynayır”.

Oxşar xəbərlər

Zahid Oruc: "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur"
Zahid Oruc: Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər
Zahid Oruc: "Mərkəzləşdirilmiş istilik sisteminə keçid qaz sərfiyyatını 40 %-dək azalda bilər"
Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
Zahid Oruc: BTQ gördüyü işlərlə bu qədər səs yarada bilibsə, deməli, fəaliyyətinin nəticəsi var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər