"Daily Mail": Xosep Qvardiola bu mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq
sizinxeber.az xəbər saytı

"Daily Mail": Xosep Qvardiola bu mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq


İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola bu mövsümün sonunda vəzifəsindən ayrılacaq.

"Report" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilib ki, ispaniyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra baş məşqçi postunu tərk edəcək.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "şəhərlilər"i çalışdırır. Onun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası və digər turnirlərdə bir sıra titullar qazanıb.

"Mançester Siti" Premyer Liqada son iki oyununu "Bornmut" və "Aston Villa"ya qarşı keçirəcək. Komanda 77 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb 
Xosep Qvardiola Premyer Liqa oyunundan əvvəl futbolçuları klubun bazasında saxlayıb
Pep Qvardiola "Mançester Siti"nin işçilərinə pul mükafatı verib
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Qvardiola: “Mançester Siti” liqadan kənarlaşdırılsa belə, klubu tərk etməyəcəyəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər