Muxtar Babayev BMT rəsmisi ilə COP29-da əldə olunmuş nəticələri müzakirə edib
sizinxeber.az xəbər saytı

Muxtar Babayev BMT rəsmisi ilə COP29-da əldə olunmuş nəticələri müzakirə edib


Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində (WUF13) BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi ilə görüşüb.

"Report" xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"İqlim dəyişikliyi suyun əlçatanlığına, ərzaq təhlükəsizliyinə, enerji sistemlərinə, ekosistemlərə və şəhərlərin inkişafına getdikcə daha çox təsir etdiyi bir vaxtda iqtisadiyyatlar və cəmiyyətlər miqyasında su ilə bağlı çağırışların sürətlə artan əhəmiyyəti barədə fikir mübadiləsi apardıq", - M. Babayev bildirib.

Onun sözlərinə görə, iqlim və su ilə bağlı artan təzyiqlərə daha yaxşı cavab vermək üçün transsərhəd su əməkdaşlığı, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi və beynəlxalq dialoqu gücləndirməyin zəruriliyi, eləcə də gələcək COP gündəliklərində su məsələlərinə davamlı diqqətin təmin edilməsinin vacibliyi müzakirə olunub:

"Bu kontekstdə qlobal iqlim gündəliyində su məsələsinin yerini daha da yüksəltməyə kömək edən İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu və İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi də daxil olmaqla, COP29-da əldə edilmiş nəticələri də nəzərdən keçirdik".

Oxşar xəbərlər

Muxtar Babayev BMT Baş katibi ilə COP29-un iqlim prioritetlərini müzakirə edib
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub
Muxtar Babayev Quterreşin müşaviri ilə COP29 üzrə ortaq məqsədləri müzakirə edib
Muxtar Babayev: Azərbaycan iqlim maliyyələşməsinin həcmini artırmaq üçün əməkdaşlığa hazırdır
Muxtar Babayev nazir vəzifəsindən azad edilib, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər