ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
sizinxeber.az xəbər saytı

ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib


ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi doqquz kubalı fiziki şəxsə və Kuba Kəşfiyyat İdarəsinə qarşı sanksiyalar tətbiq edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat paylaşılıb.

Məlumata görə, sanksiya siyahısına Kuba Dövlət Şurasının sədri Xuan Laso, əks-kəşfiyyatın rəhbəri Xose Miqel Qomes del Valyin, ədliyyə naziri Rosabel Qamon Verde, energetika naziri Visente de la O Levi, rabitə naziri Marin Areviç, eləcə də bir neçə Kuba hərbi komandanı daxil edilib.

Xatırladaq ki, mayın 17-də Kuba hakimiyyəti ABŞ-nin mümkün müdaxiləsi səbəbindən ölkənin müdafiəsini gücləndirməyə başlayıb. Bundan əvvəl Kubanın xarici işlər naziri Bruno Rodriges bildirib ki, ABŞ-nin Kubaya qarşı hərəkətləri humanitar fəlakətə səbəb olacaq. Nazirin fikrincə, ABŞ-nin "təhlükə yaratmayan kiçik adaya" hücum etməsi üçün heç bir əsası yoxdur.

Oxşar xəbərlər

Kuba Trampın tətbiq etdiyi yeni sanksiyalara qarşı çıxıb
ABŞ Kuba rəsmilərinə viza sanksiyaları tətbiq edib
Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
Kubanın XİN rəhbəri ABŞ-ni neft təchizatçılarına təzyiq göstərməkdə təqsirləndirib
Kuba XİN ABŞ-nin sanksiyalarla bağlı son qərarını cinayət adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər