"Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub
sizinxeber.az xəbər saytı

"Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr müzakirə olunub


Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev ilə "Google" şirkətinin "Google for Education" üzrə regional direktoru Kolin Marson arasında görüş baş tutub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Görüş zamanı məktəblərdə rəqəmsal ekosistemin inkişafı, təhsil müəssisələrində bulud texnologiyalarının tətbiqi, müəllim və şagirdlər üçün innovativ onlayn alətlərdən istifadənin genişləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin tədris prosesinə inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb.

Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan "Google for Education" alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib.

Oxşar xəbərlər

Azərbaycan "Google" ilə COP29 üzrə prioritetləri müzakirə edib
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Əmrullayev rektorlarla görüşdü: Tapşırıqlar verdi
Azərbaycanla Gürcüstan təhsil sahəsində gələcək inkişaf perspektivlərini müzakirə edib
Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər