Zahid Oruc: Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər
Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur: “Mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər. Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır. Sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur".
Oxşar xəbərlər
Zahid Oruc: Zəfər Konstitusiyasının qəbul olunması mümkündür
Zahid Oruc: Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər
Zahid Oruc: Sərhədlərin açılması 100 minlərlə qeyri-azərbaycanlı qaçqının ölkəmizə axını ilə nəticələnəcək
Zahid Oruc: "Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq"
Parlamentin komitə sədri sərhəd kəndlərində əhaliyə güzəştləri vacib sayıb, bağça probleminə diqqət çəkib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













