Zahid Oruc: "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur"
Bakıda velosiped üçün yollar yaradılsa da, velosiped sürən yoxdur.
"Report" xəbər verir ki, bunu deputat Zahid Oruc Bakıda “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Beyin Mərkəzləri Forumu"nda bildirib.
"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub. Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox. Bu gün Azərbaycan cəmiyyəti alternativ enerjiyə keçməyə hazırdırmı? Kimsə sorğu edə bilirmi cəmiyyətdə alternativ enerjiyə baxış necədir? Həqiqətən günəşi və küləyi real enerjiyə çevirməyə hazırıqmı? Bu sahədə böyük işlər görməliyik", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Yusif Səfərov küçəsində velosiped zolaqları salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Nəbiyev: "Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda velosiped nəqliyyatı infrastrukturunun yaradılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













