ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb
sizinxeber.az xəbər saytı

ABŞ Rusiya neftinin tədarükünü iyunun 17-dək sanksiya siyahısından çıxarıb


ABŞ Maliyyə Nazirliyi Rusiyadan tankerə yüklənmiş neft və neft məhsullarının satışı və daşınması ilə bağlı əməliyyatları müvəqqəti olaraq sanksiyalardan çıxarıb.

APA xəbər verir ki, bununla bağlı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yeni lisenziya dərc olunub.

Sənədə əsasən, 17 aprel 2026-cı il tarixinədək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara 17 iyun 2026-cı il tarixinədək icazə verilir.

Lisenziyada qeyd olunub ki, bu güzəşt Krım, qondarma “DXR” və “LXR”, eləcə də İran, Kuba və Şimali Koreya ilə bağlı əməliyyatlara şamil edilmir.

Oxşar xəbərlər

ABŞ Maliyyə Nazirliyi Rusiya neftinin ticarətinə icazə müddətini uzadıb
Bessent Rusiya neftinin sanksiyalardan bir daha azad olunmasını istisna edib
Rusiya nefti ilə bağlı bu icazənin müddəti uzadılmayacaq
Bessent Rusiya neftinin tədarükü ilə bağlı güzəştlərin müddətinin uzadıldığını təsdiqləyib - YENİLƏNİB
Kirill Dmitriyev: ABŞ-nin qərarı 100 milyon bareldən çox Rusiya neftini əhatə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər