"Turan Tovuz" "Sabah"la keçirəcəyi oyununun stadionunun dəyişdirilməsinin səbəbini açıqlayıb
"Turan Tovuz" Misli Premyer Liqasının XXXIII turunda "Sabah"a qarşı keçirəcəyi oyunun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.
"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar komandanın avrokuboklara idman və infrastruktur baxımından daha yaxşı hazırlaşması məqsədilə qəbul olunub.
Bildirilib ki, Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciət edilib və müraciət əsasında qarşılaşmanın "Bank Respublika Arena"da keçirilməsi qərara alınıb.
Açıqlamada qeyd olunub ki, stadionun avrokubok oyunlarına hazırlanması istiqamətində işlər gücləndirilmiş rejimdə davam etdirilir. Klubun əsas məqsədinin avrokubok matçlarını doğma meydanda keçirmək olduğu vurğulanıb.
Oxşar xəbərlər
Premyer Liqa: Son turda "Kəpəz" "Neftçi"ni Sumqayıtda, "Turan Tovuz" isə "Sabah"ı Bakıda qəbul edəcək
"İmişli"nin legioneri: "Turan Tovuz"la oyun gərgin keçəcək"
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda məğlub olub
“Zirə” - “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişib
Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
