Bu ay Bakıda ADEX və "Securex Caspian" sərgiləri keçiriləcək
Sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX və 14-сü Azərbaycan Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi - "Securex Caspian" keçiriləcək.
Bu barədə "Sizinxeber.az" sərgilərin təşkilatçısı olan şirkətdən bildirilib.
Məlumata görə, sərgilərdə 38 ölkəni təmsil edən 270-ə qədər şirkət iştirak edəcək. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.
14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32 % artım qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın xaricdə yaradılan seçki məntəqələrinin yerləşdiyi ölkələr məlum olub - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan və Slovakiya AK ilə məsləhətləşmələrə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












