Aparat rəhbəri: ADEX və "Securex Caspian" sərgiləri müdafiə sənayesi sahəsində ən nəhəng tədbirlərdəndir
Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində təcrübəyə malikdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu 5-ci yubiley ADEX sərgisi ilə bağlı keçirilən mətbuat konfransında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Samir Ağabalayev deyib.
O bildirib ki, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) və 14-сü Azərbaycan Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ("Securex Caspian") müdafiə sənayesi sahəsində ən nəhəng tədbirlər sırasındadır:
"Hər iki sərgi miqyasına görə ölkəmizin müdafiə sənayesinin gücünü nümayiş etdirir. Bu sərgilər iştirakçılar arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Bu ilki sərgilər miqyasına görə daha geniş olacaq. Sərgidə İtaliya, Slovakiya, Qətər və Macarıstan ilk dəfə olaraq öz pavilyonu ilə iştirak edəcək. Ölkəmizin milli pavilyonu 4 stend ilə iştirak edəcək".
Oxşar xəbərlər
Bu ay Bakıda ADEX və "Securex Caspian" sərgiləri keçiriləcək
MSN rəsmisi: Sərgi çərcivəsində bəzi beynəlxalq şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanacaq
Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
