ADY Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Bu barədə "Sizinxeber.az"a qurumdan bildirilib.
Qeyd olunub ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya 8 saat 40 dəq).
Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların dövriyyəsi dəyişəcək
Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edilib
Yeni il bayramı günlərində Bakı-Qəbələ qatarı hər gün işləyəcək
Ağstafa-Bakı qatarının hərəkət qrafiki dəyişir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
