ASCO emissiyanın rəqəmsal panelə çıxarılaraq izlənməsi sistemi yarada bilər
sizinxeber.az xəbər saytı

ASCO emissiyanın rəqəmsal panelə çıxarılaraq izlənməsi sistemi yarada bilər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) emissiyaların rəqəmsal panelə çıxarılaraq izlənməsi sisteminin yaradılmasını planlaşdırır.

Bunu "Sizinxeber.az"a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.

Onun sözlərinə görə, həmçinin emissiyaların inventarlaşdırılması ilə bağlı ISO 14060 və digər standartların tətbiqi, müvafiq sertifikatlaşdırılmanın aparılması həyata keçirilir: “ASCO ekoloji cəhətdən təmiz olan elektrik nəqliyyat vasitələrinə tədricən keçid edir. Bununla əlaqədar, ilkin mərhələdə ASCO-nun inzibati binasının yeraltı dayanacağında elektrik avtomobillər üçün 2 ədəd şarjetmə stansiyası istifadəyə verilib. Eyni zamanda ASCO-nun hər iki zavodunda və donanmasında hər struktur idarəyə ilkin olaraq 1 ədəd (ümumilikdə 4 ədəd) şarjetmə stansiyası da quraşdırılıb".

Direktor həmçinin qeyd edib ki, alternativ enerji mənbəyi kimi günəş panellərinin tətbiqinə də başlanılıb: “Bibiheybət” Gəmi Təmiri Zavodunda 162 ədəd günəş paneli quraşdırılıb. Dəniz Nəqliyyatı Donanmasında külək turbininin quraşdırılması layihəsinin icrasına başlanılıb”.

Ə. Əzizli şirkətdaxili su istehlakının optimallaşdırılmasının da həyata keçirildiyini deyib.

Oxşar xəbərlər

ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
ASCO: Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
ASCO gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır
ASCO “Qarabağ” gəmisini rebredinq edib
ASCO: Bakı Gəmiqayırma Zavoduna 11 gəminin tikintisi sifariş verilib - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər