Azərbaycanın beynəlxalq daşımalardakı yük maşınlarının sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın beynəlxalq daşımalardakı yük maşınlarının sayı açıqlanıb


Əgər ötən il Azərbaycanın 12 min 724 yük nəqliyyat vasitəsi beynəlxalq daşımalarda istismar olunurdusa, bu il bu rəqəm 13 min 600-ü keçib.

Bunu "Sizinxeber.az"a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yükdaşımalar departamentinin rəhbəri Sübhan Əbilov bildirib.

Bundan başqa, onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan daşıyıcılarının ikitərəfli yükdaşımalar bazarında payı 39 % olubsa (61 %-i xarici daşıyıcıların payına düşüb), 2023-cü ildə bu göstərici 51,85 % təşkil edib.

"Konkret ölkələrlə bazar paylarına nəzərə salsaq əsaslı şəkildə müsbət dəyişikliyin baş verməsinin əyani şahidi olarıq. Belə ki, 2021-ci ildə ikitərfli beynəlxalq yük daşımaları bazarında Türkiyənin payı 81 %, Azərbaycanın payı 19 % idisə, hazırda Azərbaycanın bazar payı yüksəlib. Eyni zamanda 2021-ci ildə ikitərəfli yük daşımaları bazarında Gürcüstanın payı 63 %, Azərbaycanın payı 37 % idisə, hazırda Azərbaycanın bazar payı yüksəlib və 55,9 % təşkil edir. Bazar paylarındakı müsbət dinamikaya beynəlxalq yük daşımalarına cəlb edilən nəqliyyat vasitələrinin və şirkətlərin sayının ildən-ilə artması da təsir göstərib", - deyə AYNA rəsmisi qeyd edib.

Oxşar xəbərlər

AYNA: Azərbaycan şirkətlərinin 3-cü ölkələrdən beynəlxalq yük daşımaları artıb
Azərbaycan daşıyıcılarının 3-cü ölkələrdən əldə etdiyi gəlir açıqlanıb
Sentyabrda Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 35 % olub
Ötən il Aİ-də yeni elektromobillərin sayı 1,5 dəfə artıb
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər