Ötən il Aİ-də yeni elektromobillərin sayı 1,5 dəfə artıb
Avropa İttifaqı (Aİ) ölkələrində 2023-cü ildə təxminən 1,5 milyon yeni elektrik avtomobili (hibridlər istisna olmaqla) qeydə alınıb, nəticədə onların ümumi sayı 4,5 milyona çatıb.
“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi ("Eurostat") məlumat yayıb.
Bu, təxminən 3 milyon elektromobilin qeydə alındığı 2022-ci ilin göstəricisindən 48,5 % çoxdur.
Elektrikli nəqliyyat vasitələrinin payı keçən il ümumi avtomobil qeydiyyatında 14,6 %-ə çatıb ki, bu da öncəki illərlə müqayisədə artımın davam etdiyini göstərir – 2022-ci ildə 12,1 %, 2021-ci ildə 9 %, 2020-ci ildə 5,3 %.
“Eurostat”dan bildirilib ki, dekabrın sonunda elektrik avtomobilləri Aİ-dəki bütün minik avtomobilləri parkının 1,7 %-ni təşkil edib, lakin bu rəqəmlər ölkələr üzrə ciddi dərəcədə fərqli olub.
Məsələn, Danimarkada elektriklə işləyən avtomobillər bütün minik avtomobillərinin 7,1 %-ni təşkil edib. Oxşar yüksək göstəricilər İsveç (5,9 %), Lüksemburq (5,1 %) və Niderlandda (5,0 %) da müşahidə olunub.
Digər yandan, 14 ölkədə elektromobillərin payı 1 %-dən az olub. Bu baxımdan ən aşağı göstəricilər Kipr, Yunanıstan və Polşada (hər biri 0,2 %) qeydə alınıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
