Bakının Alatava qəsəbəsində qanunsuz aparılan söküntü işləri dayandırılıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakının Yasamal rayonunun 1-ci Alatava qəsəbəsi, 128B ünvanındaki yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə mübasibət bildirib.
Qurumdan "Sizinxeber.az"a verilən məlumatda deyilir ki, bu ilin aprel ayından Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.
Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin gördüyü operativ tədbirlər nəticəsində özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.
Oxşar xəbərlər
Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edilib
Bakıda piyada səkisinin parklanma üçün qanunsuz zəbt edilməsi faktı aşkarlanıb
Dövlət Komitəsi: Yeni Günəşlidə torpaq sahəsinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb
Paytaxtın bu hissəsində söküntü işləri başlayır: Sakinlər köçürüləcəklər - VİDEO
Bakıda 2024-cü ildə 65 bina söküləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













