ADSEA sədri: “Azərbaycanda su layihələri üçün kadr hazırlığı istiqamətində fəal iş aparılır”
Azərbaycanda su layihələri üçün kadr hazırlığı və gender perspektivlərini daxil etmək istiqamətlərdə fəal iş aparılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Su və gender bərabərliyi" mövzusunda Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşların və təşkilatların dəstəyi ilə Agentlik layihələrinə bu sahədə kadr potensialını gücləndirmək və sahəvi biliklərin öyrədilməsi proqramlarını daxil edib: “Bu təşəbbüslər artıq müsbət nəticələr verib, lakin biz uzun bir yolun hələ başlanğıcındayıq. Məqsədimiz cinsindən asılı olmayaraq bütün vətəndaşların su ehtiyatlarımızdan bərabər şəkildə faydalanmasını və onların idarə olunmasına töhfə vermək imkanını təmin etməkdir".
Z. Mikayılov bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 5-ci gender bərabərliyinə nail olmaq və 6-cı hamı üçün su və kanalizasiya xidmətlərinin mövcudluğunu təmin etmək hədəflərinə sadiqdir: “Bu istiqamətdə işlərimiz bir-biri ilə sıx bağlıdır. Biz ayrı-ayrı məqsədlər kimi deyil, davamlı inkişafın bir-biri ilə əlaqəli sütunları kimi su təhlükəsizliyi və gender bərabərliyini təşviq etmək üçün birlikdə çalışmalıyıq – dövlət qurumları, vətəndaş cəmiyyətləri və beynəlxalq təşkilatlar – hər birimiz bu məsələnin bərabərhüquqlu iştirakçısıyıq".
Oxşar xəbərlər
Zaur Mikayılov: “Su ehtiyatlarına əlçatanlıq gender bərabərliyi ilə bağlıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov: "Yerüstü su ehtiyatlarının 70 %-i qonşu ölkələrdən daxil olur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












