Zaur Mikayılov: “Su ehtiyatlarına əlçatanlıq gender bərabərliyi ilə bağlıdır”
Su ehtiyatlarına əlçatanlıq mahiyyət etibarı ilə gender bərabərliyi ilə bağlıdır və bu məsələ həm insan hüquqları, həm də davamlı inkişafın təmin edilməsi üçün açardır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Su və gender bərabərliyi" mövzusunda Bakıda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, su həyatın əsas mənbəyi olmaqla yanaşı, ölkə iqtisadiyyatları, sosial rifah və ərzaq təhlükəsizliyini təmin edən qiymətli resursdur: “Bununla belə, hamımızın bildiyi kimi, təmiz suya çıxış hələ də dünyada milyonlarla insan üçün problem olaraq qalır. Lakin daha az bilinən məsələ isə bu problemin qadınlara və qızlara qeyri-mütənasib şəkildə necə təsir etməsidir".
Z/ Mikayılov qeyd edib ki, tarixən kənd yerlərində qadınlar və qızlar çox vaxt ailəyə su gətirmək məsuliyyəti daşıyırdılar: “Bu gündəlik iş onların təhsil, məşğulluq və şəxsi inkişaf imkanlarını məhdudlaşdırdı ki, su toplamaq üçün sərf olunan vaxt və enerji onların iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün daha səmərəli istifadə oluna bilərdi. Genderə həssas su siyasətini təmin etməklə biz bu bərabərsizlikləri aradan qaldırmağa başlaya bilərik".
Oxşar xəbərlər
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib
Zaur Mikayılov: "Yerüstü su ehtiyatlarının 70 %-i qonşu ölkələrdən daxil olur"
"N" hərbi hissəsində hərbi qulluqçu və mülki işçilərlə görüş keçirilib
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
“Reuters” Avropada yeni iqtisadi böhran təhlükəsi barədə xəbərdarlıq edib
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO