Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulub
sizinxeber.az xəbər saytı

Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulub


Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur.

APA-Economics” xəbər verir ki, bunu Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev deyib.

O bildirib ki, Xocalıda 56, Malbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur: "Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir".

H. Mehdiyev qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb: “Lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri, əməkdaşlar orda yaşayır. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə Xankəndidə 1200 tələbə məskunlaşıb".

Oxşar xəbərlər

Ağdərə şəhərində 190 fərdi yaşayış evi tikiləcək
Xankəndi, Ağdərə və Xocalıdakı daşınmaz əmlaklar qiymətləndiriləcək
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək
Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır
Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər