ADY: Bakı-Sumqayıt qatarları ilə gündəlik 37 min sərnişin daşınır
Yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda – təqribən 37 min sərnişin daşınır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
"2024–2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə ADY reyslər üzrə mütəmadi reydlər həyata keçirib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb, bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib, Abşeron dairəvi dəmir yolu xətti üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə proflaktik işlər görülüb, qatarların yeni hərəkət qrafiki tərtib edilib. Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb, vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla rekord göstərici qeydə alınıb
Bakı-Sumqayıt elektrik qatarları ilə ötən gün rekord sayda sərnişin daşınıb
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır
ADY: Sərnişin qatarları qrafik üzrə hərəkət edir
2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













