Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
Sentyabrın 19-da Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti arasında ikigünlük görüşə start verilib.
"Report" AZAL-a istinadən xəbər verir ki, görüşün məqsədi Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübəni bölüşmək və mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirməkdir.
Bu təcrübə mübadiləsi Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanı AZAL-ın rəhbərliyi təmsil edir. BƏƏ nümayəndə heyətinə isə BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi (GCAA), Dubay hava limanları, biznes aviasiya və VIP xidmətlər üzrə ixtisaslaşmış “Jetex” şirkəti, həmçinin Dubay Aeronaviqasiya Xidmətinin (DANS) nümayəndələri daxildir.
Bu görüş Azərbaycanla BƏƏ arasında davamlı inkişaf və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Tədbirin əsas mövzularından biri də COP29-a hazırlıq çərçivəsində BƏƏ-nin iri beynəlxalq tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübələrini öyrənməkdir.
Azərbaycan və BƏƏ-nin aviasiya sənayesi nümayəndələrinin qarşılıqlı fəaliyyəti qabaqcıl həll və təcrübələrin mübadiləsi üçün geniş imkanlar yaradır. Görüş çərçivəsində logistika, uçuşların təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi və sərnişin məmnuniyyətinin artırılması kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, aviasiya sahəsində rəqəmsal texnologiyaların tətbiqi, hava limanlarının idarə edilməsi səmərəliliyinin yüksəldilməsi mövzuları diqqət mərkəzindədir.
Oxşar xəbərlər
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL BMT-nin Qlobal Sazişinə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahab Şayan: "Azərbaycan COP29 təcrübəsini davamlı turizmi gücləndirmək üçün istifadə edə bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












