Azərbaycanda dəniz ilə daşınan yüklərin 48%-i neftin payına düşüb
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5 643,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% azalıb.
Dövlət Statistika Komitəsindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, hesabat dövründə yüklərin 48,3%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 9269,0 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7 421,9 min tonunu və ya 80,1%-i tranzit yüklər təşkil edib.
“2024-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 409,1 min ton olub”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,6% artaraq 18,7 min nəfər təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
Nəqliyat sektorunda yük və sərnişin daşımaları artıb
Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













