Azərbaycanda sərnişindaşıma 9% artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda sərnişindaşıma 9% artıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7% və 8,8% artıb.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 153,7 milyon ton yük daşıyıb. Yüklərin 3,7%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 58,8%-i avtomobil nəqliyyatı, 29,2%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,5% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,5% təşkil edib.

Səkkiz ayda nəqliyyatçılar 1293,4 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,3%i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Oxşar xəbərlər

Nəqliyat sektorunda yük və sərnişin daşımaları artıb
Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb
Nəqliyyat dəhlizlərində yük daşınmasından əldə olunan gəlirlər açıqlanıb
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb
Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər