Ələt-Astara yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə deyilir ki, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində (Xıdırlı ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar sabahdan başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
İriqabaritli avtomobillərin normadan artıq yüklənməsinə görə cərimələr artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 28 May küçəsində hərəkət qismən məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Hava Limanı-Mərdəkan-Zağulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Deputatlar iriqabaritli avtomobillərin normadan artıq yüklənməsinə görə cərimələrin artırılmasına səs veriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












