ASCO geoloji kəşfiyyat qazma gəmisini əsaslı təmir edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib.
"Sizinxeber.az" bu barədə ASCO-ya istinadən xəbər verir.
Tərsanə təmiri zamanı gəminin gövdəsinin sualtı, suüstü hissələri tam olaraq abraziv qumla təmizlənib, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində, daxili bölmələrdə zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib.
Məlumata görə, təmir müddətində gəminin baş mühərriki, braşpil və şpil qurğuları, su-yağ soyuducuları, müxtəlif ölçüdə boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri təmir olunub, 3 ədəd yeni dizel-generator, 1 ədəd hava kompressoru və yağ seperatoru quraşdırılıb, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma, gəmi üzrə işıqlandırma sistemləri təmir edilib.
İşçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqları, istirahət otağı və kayutlarda lazımi işlər görülüb, geoloji kəşfiyyat işçiləri üçün yeni konteyner hazırlanaraq quraşdırılıb.
Qeyd edək ki, “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi dənizdə 150 metr dərinlikdə kəşfiyat işlərinin aparılması, dənizin dibindən suxurlardan nümunələr götürülməsi kimi işlərdə istismar olunur.
Oxşar xəbərlər
ASCO: “Atlet-8” kran gəmisi əsaslı təmir olunub
“Zəngəzur” tankeri əsaslı təmir olunub
Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib
Türkiyə Hərbi Dəniz Qüvvələri altı yeni sualtı qayıq alacaq
“BP-Azerbaijan”: Yanan gəminin ekipaj üzvləri uğurla təxliyə ediliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












