Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir
sizinxeber.az xəbər saytı

Tbilisi prospektində xüsusi hərəkət zolağı təşkil edilir


Xüsusi hərəkət zolağının təşkili Bakının Tbilisi prospektində də həyata keçirilir. Yol boyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Bu barədə “Report”a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Tbilisi prospektinin müxtəlif ərazilərində gün ərzində 6-10 müntəzəm marşrut xətti üzrə 80-150 avtobus fəaliyyət göstərir.

“İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək”, - Agentlikdən bildirilib.

Oxşar xəbərlər

Bakının Şərifzadə küçəsində xüsusi avtobus zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Abbas Mirzə Şərifzadə küçəsində xüsusi hərəkət zolağı təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paytaxtda ictimai nəqliyyat üçün xüsusi zolaqların uzunluğu artırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli avtobuslar: Bu marşrut xətti YENİLƏNƏCƏK? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəlzələdən sonra avtobuslar gecikib? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər