“Airbus” keçən il müştərilərə 766 təyyarə təhvil verib
sizinxeber.az xəbər saytı

“Airbus” keçən il müştərilərə 766 təyyarə təhvil verib


Avropa təyyarə istehsalçısı “Airbus” 2024-cü ildə 86 sifarişçiyə 766 kommersiya təyyarəsi təhvil verib.

“Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ən populyar məhsul A320 ailəsi olub: 2023-cü ildə qeydə alınmış 571 təhvil göstəricisini üstələyərək 602 təyyarə təhvil verilib.

“Təhvil vermələrə gəldikdə, biz istiqamətimizi qoruyub saxladıq və bir neçə əlamətdar ilk nailiyyətləri qeyd etdik. Bunlara tarixdə ilk A321XLR, həmçinin dünya üzrə bir neçə müştəriyə ilk A330neo və A350 təhvilləri daxildir”, – kommersiya təyyarələri bölməsinin baş direktoru Kristian Şerer bildirib.

Şirkət 2024-cü ilin maliyyə nəticələrini fevralın 20-də açıqlamağı planlaşdırır.

Oxşar xəbərlər

ABŞ-də hava limanında iki təyyarə toqquşub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında həlak olan sərnişinin nəşi Sumqayıtda ailəsinə təhvil verilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər