Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb.
"Sizinxeber.az" ADSEA-ya istinadən xəbər verir ki, o, bu gün Zaqatala, Balakən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Z. Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Oxşar xəbərlər
Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb
Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb
ADSEA sədri Naftalanda vətəndaşlarla görüşdü
Zaur Mikayılov Abşeronda vətəndaşlarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
