Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanla Qəmər Adaları İttifaqı arasında münasibətlər müzakirə olunub


19 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri cənab Moussa Abderemane ilə görüş keçirib.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Tərəflər həmçinin Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf edən əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanın bu platforma daxilində az inkişaf etmiş ölkələr ilə əməkdaşlığın təşviqi istiqamətində səyləri yüksək qiymətləndirilib.

Oxşar xəbərlər

Azərbaycan və Qəmər Adaları İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
XİN rəhbəri İran Prezidentinin müşaviri ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər