Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb
sizinxeber.az xəbər saytı

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Xankəndi şəhəri, Xocalı, Ağdərə və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Oxşar xəbərlər

Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb
Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
ADSEA sədri Abşeronda vətəndaşlarla görüşdü
Zaur Mikayılov Abşeronda vətəndaşlarla görüşüb
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər