Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Zaur Mikayılov Qaxda vətəndaşları qəbul edib


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Qax şəhərində Qax, Şəki və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, sədr qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Oxşar xəbərlər

Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şirvan şəhərində vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaur Mikayılov Bərdədə vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər