Zahid Oruc: "İpoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır"
Azərbaycanda ipoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"2005-ci ildə neft gəlirlərin artdığı bir dövrdə Azərbaycan İpoteka Fondunun yaradılması mühüm hadisə oldu. Ötən 20 ildə 54 mindən çox ailə dövlətin yardımı ilə mənzilə sahib olub. Həmin siyasətin maliyyə tutumu 3,5 milyard manat təşkil edir. Təkcə ötən il kredit alanların 3 000 nəfərə yaxını dövlət qulluqçularıdır. Sonrakı yerləri Daxili işlər orqanlarında xüsusi rütbəli şəxslər – 1 800-dən bir qədər çox və 1 754 müəllim tutur. Lakin Fondun verdiyi kreditlərin coğrafiyası dərc olunsaydı görərdik ki, onların 90 %-i Bakı və Abşeron yarımadasının payına düşür. Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var. Rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün ipoteka siyasətini dəyişmək və paytaxtdan bölgələrə yönəltmək olar", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub
Dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı ötüb
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 9 %-ə yaxın artıb
İpoteka və Kredit Zəmanət Fondu media nümayəndələri üçün təlim keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
