Azərbaycan Türkmənistanla nəqliyyat və rəqəmsal əməkdaşlığın inkişafını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Türkmənistanla nəqliyyat və rəqəmsal əməkdaşlığın inkişafını müzakirə edib


Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Annayev iki ölkə arasında nəqliyyat və rəqəmsal əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

Ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Türkmənistan liderlərinin siyasi iradəsi sayəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlib.

Danışıqlarda nəqliyyat, tranzit, logistika, rəqəmsal inkişaf və telekommunikasiya sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə xüsusi diqqət yetirilib. Tərəflər qeyd ediblər ki, iki ölkənin əlverişli coğrafi mövqeyi və regionun artan tranzit potensialı nəqliyyat dəhlizlərinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.

Birgə hökumətlərarası komissiyanın fəaliyyəti çərçivəsində rəqəmsal inkişaf, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi və nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın yeni istiqamətləri də müzakirə edilib. Tərəflər strateji tərəfdaşlığın gələcək inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Oxşar xəbərlər

Gürcüstan Baş naziri və Türkmənistan Prezidenti Orta Dəhlizin inkişafını müzakirə ediblər
Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçirilib, tərəfdaşlıq sənədi imzalanıb - YENİLƏNİB
Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Əli Əsədov litvalı həmkarı ilə Orta Dəhliz üzrə əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər