Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir
Azərbaycan Çinin Çendu şəhərində keçirilən 8-ci Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir.
"Sizinxeber.az" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirdə ölkəmizi nazirliyin nümayəndə heyəti ilə təmsil olunur. Sərginin açılış mərasimində Azərbaycan ilə Çin arasında imzalanmış mühüm sənədlər, strateji tərəfdaşlığın inkişaf dinamikası barədə məlumat verilib. Eyni zamanda nəqliyyat və logistika sahəsində mövcud olan sıx əməkdaşlıq xüsusi vurğulanıb.
Nümayəndə heyətimiz, həmçinin sərgi çərçivəsində keçirilən 10-cu Asiya – Avropa Multimodal Nəqliyyatın İnkişafı Konfransında iştirak edib. Toplantıda Azərbaycanın nəqliyyat sistemi, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində, xüsusilə Orta Dəhlizdə rolu və həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib.
Sərgidə Azərbaycanın nəqliyyat-logistika potensialını əks etdirən stend təqdim olunur.
Oxşar xəbərlər
ADY Çin 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib
ADY Çində keçirilən Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib
Azərbaycan TDT nəqliyyat nazirlərinin 9-cu iclasında təmsil olunub
Azərbaycan Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyi təhvil alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
