Lökbatanda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Lökbatanda anbarda baş verən yanğın söndürülüb - YENİLƏNİB


Ötən gün Lökbatanda baş verən yanğın söndürülüb.

Bu barədə "Sizinxeber.az"un sorğuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub.

Yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub.

Oxşar xəbərlər

Ötən gün Lökbatandakı yanğında anbarın 21 min kvadratmetri yanıb
Lökbatandakı yanğında anbarın 21 min kvadratmetri yanıb
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub
Lökbatanda yanğın: Bu şirkətin də anbarına zərər dəydi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər