Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB


Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs saxlanılıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 24 yaşlı K.Mürsəlli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



***
20:49

Goranboyda əmi oğlanları arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarovlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Bayram Mürsəlli bud nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Sarovlu kənd sakinləri — 2002-ci il təvəllüdlü K.Mürsəlli ilə əmisi oğlu, 1994-cü il təvəllüdlü B.Mürsəlli arasında mübahisə yaranıb. Münaqişə zamanı K.Mürsəlli əmisi oğluna bud nahiyəsindən bıçaq xəsarəti yetirib.

Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Oxşar xəbərlər

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələnib
Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər