Əmir Rza: "WUF13 qlobal şəhərsalma sahəsində mühüm müzakirə platformasına çevrilib"
sizinxeber.az xəbər saytı

Əmir Rza: "WUF13 qlobal şəhərsalma sahəsində mühüm müzakirə platformasına çevrilib"


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal şəhərsalma və mənzil siyasəti sahəsində mühüm müzakirə platformasına çevrilib.

Bunu "Report"a açıqlamasında Pəncab Mənzil İnşaatı və Şəhərsalma Agentliyinin (PHATA) direktoru Əmir Rza Bakıda keçirilən WUF13 çərçivəsində deyib.

O, forumun beynəlxalq əhəmiyyətini və təcrübə mübadiləsindəki rolunu yüksək qiymətləndirib: "Bu forum, iştirak edən hər kəsə və bütün dünyaya mütləq kömək edəcək. Bu, Pəncab üçün mühüm bir təşəbbüsdür və digər ölkələr də bu forumdan məlumat əldə edərək faydalana, hətta bu təcrübəni öz ölkələrində tətbiq edə bilərlər. Şübhəsiz ki, insanlar bu forum vasitəsilə daha çox məlumat və dəstək alacaqlar".

Ə. Rza forumun çox yaxşı təşkil olunduğunu vurğulayıb: "Burada çox gözəl atmosfer var. Bakıya ilk dəfə gəlirəm. Çox xoş mühit, gözəl hava və çox səmimi insanlar var. Bakıda olduğum üçün həqiqətən çox şadam".

Direktor mənzil sektorunda dözümlülük və ekoloji uyğunluq prinsiplərinin vacibliyini qeyd edib: "Biz əsasən mənzil sektoru ilə məşğul oluruq və buradakı insanlara ismarışım mənzil sektorunda dözümlülüklərlə bağlıdır. Hesab edirəm ki, tikinti işləri ölkənin mövcud ekoloji şəraitinə uyğun və dözümlü olmalıdır. Dünyanın hər yerindəki insanlara tövsiyə edirəm ki, Pəncab hökumətinin təşəbbüsünü örnək götürsünlər və dözümlü, xüsusən də əlçatan mənzil sektoruna diqqət yetirsinlər".

O, forumun iştirakçı ölkələr üçün yaratdığı geniş imkanlardan bəhs edib: "Sözsüz ki, bu, bütün ölkələr üçün böyük fürsətdir. Hər bir ölkə öz məhsulunu təqdim edə və nümayiş etdirə bilir. Digər ölkələrdən gələn insanlar da buradan yaxşı ideyalar götürərək onları öz ölkələrində tətbiq etmək şansı qazanırlar. Bizim mənzil və digər təşəbbüslər sahəsində çox fəal olan Baş Nazirimiz Şahbaz Şərif də Bakıya gəlib və sabah pavilyonun açılışında iştirak edəcək. Onun digər sektorlar üzrə rəsmi şəxslərlə də görüşləri nəzərdə tutulub. Bakı və Pakistan arasında çox yaxşı dostluq münasibətləri var və ümid edirik ki, bu əlaqələr gələcəkdə daha da güclənəcək və genişlənəcək".

Oxşar xəbərlər

Burkina-Fasonun nümayəndə heyəti WUF13-ü təcrübə mübadiləsi üçün mühüm platforma adlandırıb
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
BMT: Azərbaycan WUF13-də dialoq üçün məkan yaratmaqla dünyaya nümunə olur
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər