Masato Kanda: AİB yeni mexanizm işə salır
Asiya İnkişaf Bankı (AİB) Kritik Əhəmiyyətli Mineral Xammal İstehsalının Tərəfdaşlıq Maliyyələşdirilməsi Mexanizmini (CMMFF) işə salıb.
"Sizinxeber.az"un müxbirinin Səmərqənddən verdiyi məlumata görə, bunu AİB prezidenti Masato Kanda Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin işə salınmasına həsr olunmuş seminarda bildirib.
Bankın prezidenti qeyd edib ki, kritik əhəmiyyətli minerallar sənaye transformasiyasının əsasında dayanır.
"Bu, istehsalın ilkin mərhələləri üçün sadəcə xammal deyil; bunlar strateji aktivlərdir. Onlar təbii resursları "yaşıl energetika", sənaye və iş yerləri ilə əlaqələndirərək, regionumuzun şəbəkələşmiş gələcəyində mərkəzi rol oynayır.
Asiya-Sakit okean regionu əlverişli mövqeyə malikdir. Regionumuz əhəmiyyətli mineral resurs ehtiyatlarına və güclü sənaye potensialına malikdir. Lakin təkcə potensial kifayət deyil", - M. Kanda qeyd edib.
Onun sözlərinə görə, AİB-in yataqlara malik inkişaf etməkdə olan üzv ölkələrinin çoxu hazırda yalnız hasilata (upstream) köklənib.
"Yerli və regional səviyyələrdə şaquli inteqrasiyanı, o cümlədən emalı; hazır məhsul istehsalını; təkrar emalı gücləndirmək üçün böyük potensial mövcuddur. Belə inteqrasiya iş yerləri yaradır, investisiyaları cəlb edir və iqtisadiyyatın dayanıqlığını artırır. O, inklüziv və qarşılıqlı gücləndirici inkişafı təmin edərək, zəncirin bir halqasındakı artımın digərlərindəki artımı dəstəkləməsinə zəmanət verir. Bizə elə bir sistemli yanaşma lazımdır ki, o, hasilatdan tutmuş utilizasiyaya qədər bütün dəyər yaradılması zəncirini birləşdirsin, irimiqyaslı investisiyaları səfərbər etsin, bu investisiyaların dayanıqlığı üçün institutlar və idarəetmə mexanizmləri yaratsın.
Məhz bunun üçün biz bu gün CMMFF-ni işə salırıq. Bu, sözügedən keçidi dəstəkləmək üçün AİB-in flaqman platformasıdır. O, investisiyaların həcmini artırmağa, özəl kapitalı cəlb etməyə və regional əməkdaşlığı gücləndirməyə imkan verəcək", - AİB prezidenti vurğulayıb.
M. Kanda qeyd edib ki, ilk imkanlar artıq Özbəkistanda, eləcə də Monqolustan və Hindistandadır.
"Bu bazarlarda AİB resursların mənimsənilməsini emal və istehsalla əlaqələndirməyə kömək edir. Bu, sadəcə növbəti bir fond deyil, bu, dialoqdan konkret nəticələrə, ambisiyalardan real yatırımlara keçmək öhdəliyidir. AİB bizim inkişaf etməkdə olan üzv ölkələrimizin bu əlavə dəyəri əldə etməsinə çalışır. Biz üzərimizə daha çox risk götürməyə, qabaqlayıcı şəkildə hərəkət etməyə və birlikdə - qətiyyətlə, fədakarlıqla və sürətlə işləməyə hazırıq", - o vurğulayıb.
Oxşar xəbərlər
Masato Kanda: "ADB 2030-cu ilə qədər özəl investisiyaların həcmini dörd dəfə artırmağı planlaşdırır"
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Türkiyə ADB-nin regional üzvü olub
Fon der Lyayen: "Aİ Mərkəzi Asiya ölkələri ilə kritik xammalın emalı da daxil olmaqla tərəfdaş olmağa hazırdır"
ADB Bakıda IF-CAP innovativ maliyyə mexanizmini təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
