Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq, yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmiri istiqamətində işlər davam etdirilir.
"Report"un yerli bürosunun məlumatına görə, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən ümumi uzunluğu 94,2 kilometr olan bir sıra yolların əsaslı təmiri nəzərdə tutulur.
Layihəyə Culfa şəhərdaxili yolları, Culfa rayonunun Kırna–Dizə–Gal–Şurud, Babək rayonunun isə Qahab, Naxışnərgiz, Nəcəfalıdizə–Nəhəcir kənddaxili avtomobil yolları daxildir.
Qeyd edək ki, sözügedən layihə ilə bağlı 23 aprel 2026-cı il tarixində rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan olunub. Tender proseduru uğurla başa çatdıqdan sonra qalib podratçı tərəfindən yol təmiri işlərinə başlanılacaq.
Oxşar xəbərlər
Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq
Bəhruz Əsgərov: Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub
Naxçıvanda bir sıra avtomobil yollarının əsaslı təmirinə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
