Naxçıvanda bəzi şəhər və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb.
Hazırda agentliklə tenderdə qalib gələn şirkət arasında müqavilənin bağlanması prosesi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə start veriləcək.
Qeyd edək ki, təmir-bərpa işləri “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında icra olunacaq. Eyni zamanda, Naxçıvan şəhərinin mərkəzi küçələri və digər rayonların avtomobil yolları ilə bağlı hazırlanan layihələrin də tender mərhələsi davam etdirilir.
Oxşar xəbərlər
Naxçıvanda bir sıra avtomobil yollarının əsaslı təmirinə başlanılır
Bəhruz Əsgərov: Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub
Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” İdarə Heyətinə sədr əvəzi təyin edilib
Naxçıvanda yol təmiri idarələri birləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












