Deputat: "Türk dövlətləri arasında nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı böyük potensial var"
Türk dövlətləri arasında nəqliyyat-logistika dəhlizlərinin inkişafı ilə bağlı böyük potensial var.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının Milli Məclisdə keçirilən "TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri" mövzusunda 13-cü iclasında deputat Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmişə türk dövlətləri arasında işbirliyinin dərinləşməsini prioritet istiqamət kimi qəbul edib: "Özəlliklə son illərdə nəqliyyat-logistika dəhlizlərinin inkişafı, enerji sahəsində işbirliyi, rəqəmsal iqtisadiyyat və sənaye kooperasiyasında əldə olunan uğurlar ortaq potensialımızın nə qədər geniş olduğunu bir daha göstərir. Bugünkü iclas və onun ardınca keçiriləcək "Birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün perspektivli sənayelər: aktorlar və amillərin birləşdirilməsi yolları" adlı seminar praktik işbirliyi mexanizmlərinin müzakirəsi baxımından xüsusi önəm daşıyır.
İnanıram ki, bu platformada aparılacaq müzakirələr öz müsbət nəticəsini göstərəcək, o cümlədən ortaq iqtisadi layihələrin təşviqi, yatırım mühitinin yaxşılaşdırılması, sənaye sahəsində işbirliyinin gücləndirilməsi, ən əsası Türk dövlətləri arasında iqtisadi sinerjinin gücləndirilməsi istiqamətində yeni təkliflər formalaşdıracaq. Türk dünyasının gücünü yalnız ortaq tariximizdə axtarmırıq. O həm də ortaq gələcək qurmaq iradəmizdədir. Bu iradəni konkret iqtisadi layihələrə çevirmək isə bizim birgə məsuliyyətimizdir".
Oxşar xəbərlər
Türk dövlətləri arasında qarşılıqlı ticarətin illik dəyəri açıqlanıb
Qırğız deputat: Türk dövlətləri arasında təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir
Azərbaycanlı deputat TÜRKPA-nın Baş katibi seçilib
Nazir: “Şimali Kiprin Türk dövlətləri ilə enerji, turizm və aqrar sektorda əməkdaşlıq üçün imkanları var”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
