Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirməyə razılaşıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirməyə razılaşıblar


"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) baş direktoru İqbal Hüseynov və "Temiryulkargo" SC-nin baş direktoru Abdusamat Muminov işçi görüş keçiriblər.

Bu barədə “Report” Özbəkistan KİV-nə istinadən xəbər verir.

Danışıqlarda əsas diqqət Orta Dəhliz çərçivəsində nəqliyyat əməkdaşlığının inkişafına yönəldilib. Tərəflər ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən "Temiryolkargo" vaqonlarının Azərbaycan və qonşu ölkələrin ərazisində yerləşdirilməsi barədə ilkin razılaq əldə ediblər. Bu, logistika zəncirlərinin optimallaşdırılması üçün əlavə imkanlar yaradacaq.

Xüsusi diqqət Orta Dəhliz marşrutları üzrə Özbəkistanın ixrac-idxal daşımalarının həcminin artırılmasına yönəldilib. Tərəflər tərəfdaşlıq sazişlərinin imzalanması və müasir logistika həllərinin tətbiqi hesabına yeni yük axınlarının cəlb edilməsində maraqlı olduqlarını ifadə ediblər.

Bundan əlavə, “ADY Express” MMC-nin direktoru Azad Qasımovla ayrıca danışıqlar keçirilib. Burada gələcək əməkdaşlığın texniki və təşkilati aspektləri müzakirə olunub.

Razılaşdırılmış təşəbbüslər regionun tranzit potensialının gücləndirilməsinə, yük daşımalarının səmərəliliyinin artırılmasına və dayanıqlı beynəlxalq logistika marşrutlarının inkişafına yönəldilib.

Oxşar xəbərlər

“KTZ Express” və “Yixinou” Orta Dəhlizlə daşımaların həcmini artırmaq niyyətindədir
Gürcüstanda Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika konfransı olacaq
Tacikistan Orta Dəhlizin inkişafında iştirakını gücləndirir
KTJ və “PTC Holding” TBNM-in inkişafına 30 milyon dollar sərmayə qoyacaqlar
Yaponiyalı nazir: "Orta dəhlizin potensialını öyrənməkdə maraqlıyıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər